SONTECH GROUP

Haqqımızda

О нас

30 +

İllik təcrübə

Haqqımızda

Təchizatda İnnovasiya, Hər Detalda Keyfiyyət

“SONTECH GROUP” 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən, sənaye avadanlıqları, mexaniki avadanlıqlar və fitinqlərin tədarükü üzrə ixtisaslaşmış təchizat şirkətidir. Fəaliyyətimiz boyunca müxtəlif sənaye sahələrinin ehtiyaclarına uyğun etibarlı və keyfiyyətli həllər təqdim edirik. “SONTECH GROUP” özəl Azərbaycan milli şirkətidir. Şirkət, regionda genişlənmək məqsədli əsaslı plana malik olmaqla, öz diqqətini əməliyyatların əsas sahəsi kimi Azərbaycan bazarına yönəltmişdir.
“SONTECH GROUP” peşəkar yanaşma, vaxtında təchizat və müştəri məmnuniyyətini əsas prinsip kimi qəbul edir. Təcrübəli komandamız hər bir layihəyə fərdi yanaşaraq texniki məsləhət və optimal həllər təqdim edir. Məqsədimiz davamlı əməkdaşlıq qurmaq və tərəfdaşlarımız üçün etibarlı tədarükçü olmaqdır.

Niyə biz

Hər Detalda Dəqiqlik, Hər Addımda İnnovasiya

SONTECH GROUP sənaye müəssisələri üçün etibarlı təchizat, texniki dəqiqlik və peşəkar yanaşma təqdim edir. İllərin təcrübəsi, beynəlxalq standartlara uyğun məhsullar və fərdi yanaşma ilə layihələrinizin uğurla icrasını təmin edirik.

Təcrübə və Peşəkarlıq

1994-cü ildən etibarən sənaye, neft-qaz, enerji və istehsal sahələrində formalaşmış bilik və təcrübə.

Müasir Texnologiyalar

Avropa, Rusiya və Türkiyə istehsalı, beynəlxalq standartlara cavab verən sənaye və mexaniki avadanlıqlar.

Etibarlı Tərəfdaşlıq

Hər bir layihəyə fərdi yanaşma, şəffaf əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq prinsipi.

Rəqabətqabiliyyətli Qiymətlər

Keyfiyyət–qiymət balansını qoruyan optimal təkliflər və etibarlı təchizat.